İstanbulda Azərbaycan prezidentinin iştirakı ilə Dünya Enerji Konqresi başlayıb
1. 103 dəfə baxılıb
Türkiyənin İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi başlayıb.
Selefxeber.az APA-ya istinadən bildirir ki, konqresdə Azərbaycan prezidenti İlham Əliyev də (Allah onu qorusun) iştirak edir. Tədbirə Rusiya prezidenti Vladimir Putin də qatılıb.
Toplantıda ilk olaraq Dünya Enerji Şurasının sədri Younghon David Kim çıxış edib.
Tədbir 4 gün davam edəcək.
Azərbaycan prezidenti də tədbirdə çıxış edib.
“Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir. Bu, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir və bu rol getdikcə artır”.
Bu sözləri İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır: “Türkiyənin sabitliyi, inkişafı nəinki Türkiyəni sevən, dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır”.
Prezident qeyd edib ki, bu ilin iyulunda Türkiyə çox çətin bir sınaqdan şərəflə çıxdı: “Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək və böyük qəhrəmanlıq göstərərək hərbi çevriliş cəhdinin qarşısını aldı, dövlətçiliyi, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qorudu. Biz Azərbaycanda sizinlə fəxr edirik”.