İstanbulda terror aktı planlaşdıran İŞİD xəvaric yaraqlıları saxlanıldı
Mart 17
17:15
2017
1. 233 dəfə baxılıb
Türkiyənin hüquq-mühafizə orqanı əməkdaşları İŞİD xəvaric terror təşkilatının iki üzvünü saxlayıblar, onlar İstanbulda terror aktı planlaşdırmaqda ittiham edilirlər.
Selefxeber.az-ın məlumatına görə, Oxu.Az xəbər verir ki, bu barədə “Hurriyet” məlumat yayıb.
Axtarış zamanı iki “Kalaşnikov” avtomatı və 500-dən çox güllə aşkar edilib.
Saxlanılan şəxslər daha əvvəl həbs edilən Abdulkadır Maşaripovla birgə İŞİD-in yerli özəyinin üzvü olublar.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”