Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İstanbulda terror aktı törətmək istəyən 5 nəfər tutulub

Avqust 16
17:46 2017

Türkiyənin İstanbul şəhərində terror aktı planlaşdırmaqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

Selefxeber.az-ın məlumatına görə, “Report” “Haber7″yə istinadən xəbər verir ki, onlar Samsunda tutulublar.

Samsun valiliyinin məlumatına görə, İlkadım rayonunda terrorçu İŞİD qruplaşmasının üzvlərinin qaldığı bir evdə axtarış aparılıb.

Məlumata görə, Samsun prokurorluğu üç müxtəlif ünvanda 7 nəfər şübhəlinin tutulması haqda əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar çıxarıb.

Onlardan 5-i tutulsa da, 2 nəfərin axtarışı davam edir.

Digər xəbərlər