İstanbuldakı terrorda ölənlərin sayı 44-ə çatıb
Dekabr 12
17:14
2016
1. 123 dəfə baxılıb
Dekabr 10-da Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktları nəticəsində ölənlərin sayı 44-ə çatıb.
Selefxeber.az xəbər verir ki, APA-nın Türkiyə informasiya agentliklərinə istinadən məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ açıqlayıb. O bildirib ki, ölənlərdən 36-sı polis əməkdaşı, 8-i isə mülki vətəndaşdır. Yaralanan 140-dan çox insan xəstəxanalarda müalicə olunur.
Xatırladaq ki, terror dekabrın 10-da İstanbuldakı “Vodafone Arena” stadionunun ətrafında baş verib. Terror aktının “Chevrolet” markalı avtomobillə törədildiyi bildirilir. Baş nazirin müavini, hökumət sözçüsü Numan Kurtulmuş terrorçuların 300-400 kq partlayıcı maddədən istifadə etdiyini söyləyib.
Sələf Xəbər: XX-ci əsrin nüfuzlu İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü düşmənlərin arasında partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir, və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir. Uca Allahının “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur.” (Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları).