İsveç Fələstinin müstəqilliyini tanımağa qərar verib
898 dəfə baxılıb
“Sələf Xəbər” www.aa.com.tr xəbər agentliyinə istinadən xəbər verir ki, İsveçin Fələstini müstəqil dövlət olaraq tanımaq qərarı İsrail Baş Naziri Beynamin Netanyahunun etirazına səbəb olub.
Baş Nazirliyin sözçüsü Ofer Gendelman Twitter hesabı vasitəsilə verdiyi açıqlamada Baş Nazir Netanyahunun sözügedən qərarı qəbul etmədiyini qeyd edib. Netanhyahu “İsveçin Fələstin dövlətini tanımaq qərarı birtərəfli bir addımdır. Birtərəfli addımlar keçmişdə imzalanmış müqavilələrə ziddir və sülhü yaxınlaşdırmaq əvəzinə, uzaqlaşdırır” deyərək bu qərara öz etirazını bildirib.
İsveçin yeni seçilmiş mərkəz-sol hökumətinin Baş Naziri Stefan Lövfen Fələstini müstəqil dövlət olaraq tanıyacaqlarını bəyan etmişdi. İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Nahson da ölkəsinin Fələstini müstəqil dövlət olaraq tanımaq qərarından duyduqları qeyri-məmnunluğu ifadə etmək üçün İsveç səfirinin Xarici İşlər Nazirliyinə çağırılacağını bildirmişdi.
İsveç Fələstinin müstəqilliyini tanıyacaq ilk Aİ üzvü olduğu üçün məsələ daha da böyük əhəmiyyət kəsb edir. Macarıstan, Polşa və Slovakiya kimi ölkələr Aİ üzvü olmazdan əvvəl Fələstini dövlət olaraq tanımışdılar.