İsveç polisi məscidlərin təhlükəsizliyini gücləndirir
850 dəfə baxılıb
“Sələf Xəbər” alarabiya.net- ə istinadən xəbər verir ki, İsveç radiosu ötən günlərdə Skillingaryd şəhərində yeni bir məscidə daşla edilən təcavüzdən danışıb.
Bu da İsveçdə iki həftə ərzində məscidlərə qarşı törədilən dördüncü təcavüzdür. Buna görə də İsveç polisi ibadət evlərinin təhlükəsizlik və nəzarət tədbirlərini daha da gücləndirdiyini deyib. Polis idarəsinin Milli Əməliyyatlar şöbəsinin rəisi Mats Löfving demişdir: “Polis Təhlükəsizlik Nazirliyi ilə köməkləşərək İsveçdə dini tikililərin təhlükəsizlik tədbirlərini qüvvətləndirmişdir”.
O, həmçinin, bu hadisələrin çox təhlükəli olduğunu və polisin də hücumlar barədə araşdırmaları davam etdirdiyini bildirib.
“Keçən az bir müdd t ərzində iki məscidin yandırılması, ötən ildə də müsəlmanların və yəhudilərin ibadət evlərinə edilən təcavüzlərə məruz qaldığına görə həmin yerlərdə nəzarəti gücləndirmək üçün dövlət tərəfindən maliyyə yardımları ediləcəkdir”.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)