İsveçdə Fələstinin ilk səfirliyi açılıb
804 dəfə baxılıb
Bu səfirlik Fələstinin Qərbi Avropada ilk diplomatik nümayəndəliyidir. İsveçin paytaxtı Stokholmda ötən gün axşam saatlarında Fələstinin səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İsveç XİN rəhbərinin mətbuat katibi Erik Buman bildirib. Səfirliyin açılışında Fələstinin Prezidenti Mahmud Abbas iştirak edib.
Qeyd edək ki, bu səfirlik Fələstinin Qərbi Avropada ilk diplomatik nümayəndəliyidir.
“Mərasimdə İsveç XİN rəhbəri Marqot Valstrem və ölkənin Müdafiə naziri Peter Hultkvist iştirak ediblər”, – deyə Erik Buman bildirib.
İsveç Fələstini dövlət kimi rəsmi olaraq 2014-cü il oktyabrın sonlarında tanıyaraq sayca analoji qərar vermiş 135-ci dövlət olub.
Mahmud Abbasın İsveçə səfərinin nəticəsi olaraq əməkdaşlığa dair 5 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən İsveç Fələstinə yardımını 50 faizədək artıraraq həcmini 1,5 mlrd krona çatdırıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)
“Allah-Təala xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış, onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara, azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər”. (Bax: “Təfsir Əs-Saadi”)