Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İsveçdə məscid yanıb – VİDEO

Dekabr 27
11:23 2014

İsveçin Eskilstun şəhərində bir məscidin yandığı bildirildi. Yaşayış binasının 1-ci mərtəbəsində yerləşən məsciddə yanğın 2 saat davam edib.

“Sələf Xəbər” t24.com.tr-yə istinadən bildirir ki, şahidlərin ifadələrinə görə, yanğın pəncərədən atılan partlayıcı maddə nəticəsində baş verib.

Beş nəfər yaralanıb. Həyatını itirən olmayıb. Hadisə zamanı içəridə 15-20 adamın olduğu deyilib. Yanğın səbəbiylə ətrafdakı binalar da boşaldılıb.

Polis spikeri Lars Franzell, yaralıların həyatı təhlükəsinin olmadığını söyləyib. Polis, istintaqın davam etdiriləcəyini açıqlayıb.

İsveçdəki Müsəlman Birliyinin sədri Ömər Mustafa, SR radiosuna açıqlamasında “ölkədə müsəlmanlara qarşı nifrətin getdikcə artdığını”- vurğulayıb.

Hazırda hadisə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.

🎬


“Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.”

Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə

Digər xəbərlər