Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İsveçdə müsəlman məktəbi yandırılıb

Aprel 11
18:00 2016

İsveçin Malmö şəhərində naməlum şəxslər müsəlman məktəbini yandırıblar.

Bu barədə Svt.se telekanalı məlumat yayıb.

“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, yanğın şənbə günü saat 23 radələrində baş verib. Həmin vaxt ərazi yaxınlığında patrul xidmətində olan polis əməkdaşları partlayış səsi eşidiblər.

Hadisə şahidi olan polislər şübhəli şəxslərin ərazini necə tərk etdiklərini görüblər. Polislər cinayətkarları təqib etsələr də, onları yaxalaya bilməyiblər.

“Biz hələ də, hadisə yerini tərk edən avtomobili axtarırıq”, – Malmö polisinin mətbuat xidmətinin nümayəndəsi bildirib.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər