Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İsveçdə müsəlmanlara hücum edilib

İyul 22
15:41 2015

İsveçin Malmö şəhərində müsəlmanların toplaşdığı ofisə hücum olub.

“Sələf Xəbər” Teleqraf.com-a istinadən xəbər verir ki, naməlum şəxslər ofisə əl qumbarası atıb. Partlayış nəticəsində bir nəfər yaralanıb.

Hadisə nəticəsində ofisdə olan 50 nəfərdən heç biri xəsarət almayıb.

Faktla bağlı şəhər polisi araşdırmalara başlayıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir”. (Qurani-Kərim, “Mucadilə” surəsi, 20,21-ci ayələr)
“Bu, Qüdrətli Rəbbin vədi və təhdididir. Bu təhdid Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) müqavimət göstərənlərə, onlara iman gətirməyənlərə və onların hökmlərinə itaətsizlik göstərənlərə yönəldilmişdir. Onlar alçaldılacaqlar və özlərinə köməkçi tapmayacaqlar. Belə bir son necə də pisdir!
Vəd Rəbbə və Onun Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun), elçilərin yolu ilə gedənlərə və bununla da Allahın firqəsinə daxil olanlara yönəldilmişdir. Bu isə uğur qazanmışların firqəsidir. Onların nəsibi – həm bu dünyada, həm də Axirətdə Allahın köməyi, həmçinin qələbə və zəfərdir. Bu vəd nə pozulmayacaq, nə də dəyişdirilməyəcəkdir. Qüdrətli və Böyük Allah Sadiqdir! Heç bir şey Onun qəbul etdiyi qərarı yerinə yetirməsinə maneə ola bilməz!” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər