Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İsveçrədə anti-islam təbliğatı gündən-günə artır

İyul 31
17:18 2015

“Qara qoyun”, “təhlükəli minarə” və “qırmızı siçanlar” kimi irqi ayrı-seçkiliyi təbliğ edən siyasi plakatlar İsveçrənin mühafizəkar-sağ təmayüllü “Xalq Partiyası”na (SVP) məxsus təbliğat vasitələridir. Sözügedən şəkillərin müəllifi, almaniyalı Aleksander Segert 30 ilə yaxındır ki, İsveçrədə yaşayır və həmin ölkədə “Goal” adlı reklam şirkətində çalışır.

“Sələf Xəbər” AzVision.az-a istinadən məlumat verir ki, İsveçrədə Xalq Partiyası tərəfindən ciddi şəkilədə anti-müsəlman təbliğatı aparılır. Partiyanın istifadə etdiyi irqçi və dini ayrımçılıq məzmunu daşıyan plakatlardan dünyanın bir çox miliyyətçi, sağçı ekstrimist, yaxud ultra-sağçı sektor tərəfindən həvəslə istifadə olunur. Məsələn: Çexiyanın Milli Partiyası, İtaliyanın Şimal Liqası, İspaniyanın Ultra-sağçı Demokratik Partiyası, eləcə də İslandiya və Almaniya kimi ölkələrdə bu tip milliyyətçi təbliğat vasitələrindən istifadə olunur.

Avstraliyanın paytaxtı Sidneydə müsəlmanlara qarşı düzənlənmiş etiraz aksiyasında İsveçrə Xalq Paryiyasına məxsus və Avropada məşhur olan irqçi plakatlardan geniş istifadə olunub.

Məsələ ilə bağlı Aleksandr Segert açıqlamasında deyib ki, “Müştərilərim mənə nə sifariş versə, onu yerinə yetirirəm və onlar məndən çox razıdırlar”.

Sələf Xəbər: Uca Allah bizə İslam düşmənlərinin hiylələrinə qarşı ən yaxşı mübarizə üsulunu bildirərək buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
Nüfuzlu Quran təfsirçisi Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) yazıb: “Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Beləliklə, problemin həlli təqva və səbir göstərməkdədir. Başqa sözlə, Uca Allah müsəlmanlara heç nəyin zərər verməyəcəyini bildirir, çünki müsəlmanlar Uca Allahın bütün vacib hökmlərini yerinə yetirərək və Onun qadağan etdiyi hər bir şeydən çəkinərək öz dinlərinə tam şəkildə etiqad etdiyi halda Allah onlara Öz düşmənlərinə qarşı kömək göstərəcəkdir.

Digər xəbərlər