İsveçrədə İslam mərkəzi açılıb
765 dəfə baxılıb
İsveçrənin Fribur şəhərində “İslam və cəmiyyət” adlı İslam mərkəzinin təntənəli açılışı olub. Keçən ildən açılması nəzərdə tutulan mərkəzin tikintisi və açılışına yerli sakinlər qarşı çıxsalar da açılış baş tutub.
Mərkəz özü Fribur Universitetinin İlahiyyat fakultəsinin bir hissəsi kimi fəaliyyət göstərir. Burada İslam dini dərsləri və müzakirələr keçiriləcəyi planlaşdırılır.
Universitetin rektoru Astrid Epini yeni mərkəzin açılışından məmnun olduğunu bildirib: “Yalnız bir-birinin dininə, irqinə hörmətlə yanaşılan cəmiyyətdə layiqli yaşamaq mümkündür. Müasir dünyada isə buna nail olmaq get-gedə çətinləşir. Ümid edirəm ki İslam mərkəzi bunun üçün bir pillə olacaq”.
Onu da qeyd edək ki, yeni mərkəz imamların yetişdirilməsi ilə də məşğul olacaq.
Sələf Xəbər: İslam gözəl əxlaq dinidir.
Bu dinin gözəlliklərindən biri də gözəl əxlaqa, yüksək ədəbə dəvət etməsi, pis əxlaq və xüsusiyyətlərdən isə çəkindirməsidir. Bu din kamil din olduğundan, şəriət və ağıl baxımından bəyənilən hər şeyi özündə cəm etmişdir. Həmçinin fərdlər və toplumlar üçün məsləhətli və xeyirli olanları da özündə toplamışdır. Bu dinə iman gətirib, ehkamlarına riayət edən hər kimsəyə İslam gözəl həyat bəxş edər. Allah taala buyurur:
“Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafatlarını verəcəyik!)” (əh-Nəhl: 97).