İsveçrədə məscidə silahlı hücum olub: Yaralananlar var
Dekabr 20
17:09
2016
1. 141 dəfə baxılıb
İsveçrənin Sürix şəhərində məscidə silahlı hücum olub.
Selefxeber.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə nəticəsində üç nəfər yaralanıb. Hadisədən sonra polis ərazini mühasirəyə alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Məlumata görə, maskalı şəxs məscidə daxil olaraq, atəş açmağa başlayıb. Hadisə vaxtı məsciddə onlarla adam olub.
Hadisədən sonra məscidin yaxınlığında naməlum şəxsin meyiti tapılıb. Polis iki hadisə arasında birbaşa əlaqənin olduğunu rəsmən təsdiqləməyib və paralel araşdırma aparır.
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava İbn Baz” 7/120).