İtaliyadan mühüm Fələstin qərarı
868 dəfə baxılıb
İtaliya Fələstin dövlətini tanıdı.
Fevralın 27-də İtaliya parlamenti Fələstin dövlətinin tanınması haqqında qərar qəbul edib.
“Sələf Xəbər”in Haber7.com-a istinadən məlumatına görə, Nümayəndələr Palatası Baş Assambleyasının gündəliyinə iqtidarın böyük ortağı Demokrat Partiyası tərəfindən təqdim edilən qərar layihəsinə 300 deputat lehinə, 45 nəfər əleyhinə səs verib.
İtaliyanın Xarici İşlər naziri Paolo Gentiloni, məclisdə düzəlişlərin qəbul edilməsinin ardından çıxışında, “Fələstinlilərin öz dövlətlərinə sahib olma və təhlükəsiz yaşamaq hüququ var. Bu çərçivədə hökumət, Fələstin Hökumətinin tanınmasını və tərəflər arasında müzakirələrin yenidən başlaması üçün lazımi səylərin edilməsini müsbət qiymətləndirir” deyib.
Avropa ölkələri içərisində Fələstini dövlət kimi ilk tanıyan ölkə İsveç olub.
Bundan sonra Fransa, İspaniya, Böyük Britaniya və İrlandiya Fələstini müstəqil dövlət kimi tanıyıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)
“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır. Allah onun doğru yola bağlılığını, onun elmini artırmış və ona səbatlıq və haqqı batildən ayırmaq qabiliyyəti öyrətmiş möcüzələr göstərmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)