Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İtaliyalı müsəlmanlar terrorçulara səslənib: “Mənim adımdan yox!”

Noyabr 23
17:23 2015

İtaliyada müsəlman təşkilatları keçən şənbə günü terrorizmə və terror aktlarına qarşı etiraz əlaməti olaraq aksiya keçiriblər.

“Sələf Xəbər”in Rusiya mediasına istinadən məlumatına əsasən, Roma və Milan şəhərində keçirilən aksiyaya İtaliya siyasətçiləri, dövlət və həmkarlar ittifaqı liderlərinin qatıldığı da bildirilir.

“Terrora yox deyək!”, “Mən terrorçu deyiləm”, “İŞİD İslam vücudunda bir xərçəngdir”, “Mənim adımdan yox” şüarlar yazılmış plakatlarla İtaliya müsəlman icmalarının nümayəndələri Romanın mərkəzində toplanaraq etiraz aksiyası keçiriblər.

“Biz sevgi, mərhəmət, xeyirxahlığı təmsil edən İslam dininə qarşı xəyanət edərək radikalizm yolunu tutanların cərgəsində deyilik” – sözləri ilə aksiyada çıxış edən Roma İslam Mədəniyyət Mərkəzinin baş katibi Abdullah Redouane bildirib.

“Bizim mövqeyimiz aydındır: biz terrorizmə qarşı çıxırıq, Paris və Malidə törədilmiş terror hücumlarını qınayırıq” – deyərək, o öz çıxışını yekunlaşdırıb.

Xatırladaq ki, 13 noyabr Parisdə törədilmiş terror hücumlarından sonra dünyanın bütün müsəlmanları sosial şəbəkələrdə “Mənim adımdan yox” adlı flash mob kampaniyası başladıblar.

Sələf Xəbər: XX əsrin məşhur İslam alimi ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)

Digər xəbərlər