Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

İtaliyanın “gizli” məscidləri – FOTO

Mart 24
17:14 2016

İtaliyada yaşayan milyon yarım müsəlman icması üçün bütün ölkə ərazisində fəaliyyət göstərən yalnız 3 məscid var. Yeni məscidlərin tikintisinə isə İtaliya dövləti icazə vermir. Buna baxmayaraq, burada yaşayan müsəlmanlar onlar üçün heç də sadə olmayan belə bir vəziyyətdən çıxış yolu tapmağa çalışırlar.

Hal-hazırda İtaliyada İslam dini xristianlıqdan sonra tərəfdarlarının sayına görə ikinci yeri tutur. Burada müsəlmanlara ibadət etməyə mane olmasalar da, məscidlərin tikilməsi dövlət və qanun tərəfindən qadağa olunub.

Bu səbəbdən də ölkədə yaşayan müsəlmanlar idman zalları, qaraj və anbar kimi müvəqqəti “gizli” məscidlərdə ibadət etmək məcburiyyətində qalırlar.

Bəzən isə “müvəqqəti” məscidlərin imamları Spinea İslam Mərkəzində olduğu kimi, “Google Maps”də mövqe əldə etmək üçün “Google” şirkətinə müəyyən məbləğdə ödəniş edirlər. Bu üsulla Ramazan ayı kimi vacib günlərdə məscidlərin axtarışı və yeri daha rahatlıqla müsəlmanlar tərəfindən təyin oluna bilir.

“Sələf Xəbər” redaksiyası İtaliyanın şimal hissəsində yaşayan müsəlman icmasının həyatından bəhs edən və italiyalı fotoqraf Nicolo Degiorgis tərəfindən hazırlanmış “Gizlədilmiş İslam” adlı fotoproyektdən bəzi şəkilləri sizlərə təqdim edir.

📷

italia-mescid-4

italia-mescid-2

italia-mescid-1

italia-mescid-5

italia-mescid-3

Sələf Xəbər: Allah-Təala məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur.
Uca Allah buyurur: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə)

Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımızın Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)

Digər xəbərlər