Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“İyulun 15-də Türkiyədə dövlət çevrilişi edəndən bir gün sonra PKK Kərkükü işğal edəcəkdi”.

Oktyabr 24
17:17 2016

Selefxeber.az -ın Admiral.az -a istinadən xəbərinə görə, bunu Kərkükdə fəaliyyət göstərən Türkməneli Dərnəklər Federassiyasının sədri Aydın Bəyatlı bildirib.

Onun sözlərinə görə, 15 iyul gecəsi Kərkükdə bütün məscidlərdə “azan” oxundu:

“Prezident Ərdoğanın “küçəyə çıxın” çağırışına cavab verən türkmənlər küçələrə axışdılar. Çevriliş cəhdindən bir gün sonra isə PKK terrorçularının Kərkükün cənubundan şəhərə daxil olmaq üçün hazırlıq işləri gördükləri aşkar oldu”.

Bəyatlı Mosulu İŞİD-dən azad etmək üçün başlanan genişmiqyaslı əməliyyat zamanı Bağdada getdiyini söyləyib. Bağdad səfəri ərəfəsində türkmənlərin çox olduğu bölgələrə də səfər etdiyini bildirən Bəyatlı FETÖ-nün 15 iyuldakı dövlət çevrilişi cəhdinin o bölgələrə də təsir etdiyini vurğulayıb.

“Çevriliş cəhdi yalnız Türkiyəyə təsir etməyəcəkdi”

Bəyatlı Türkiyədə baş verən 15 iyul dövlət çevrilişi cəhdinin bölgə və İslam dünyasına təsir edəcəyini, təhlükəli və son dərəcə böyük bir hadisə olduğunu bildirib:

“Türkiyədəki dövlət çevrilişi cəhdi yalnız Türkiyəyə yönəlmiş bir hadisə deyildi və bu bugün açıq və dəqiq bir şəkildə özünü biruzə verir. Əgər qiyamçıların əməliyyatı uğurlu olsaydı, Mosul əməliyyatının nə qədər təhlükəli hala gələcəyini düşünmək olar”.

PKK-nın hücum planı

Bəyatlı İraqda terror təşkilatı İŞİD-in iki gün ərzində canlı bombalar və snayperlərlə Kərkükə hücum etdiyini xatırladaraq, deyib:

“Türkiyə çevriliş cəhdi uğurlu olsaydı, Kərkükün taleyinin necə olacağı bəllidir. Bu gün Türkiyənin mövcudluğu və təhlükəsizliyi bölgə və İslam aləmi üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə, hər hansı bir məsələdə çətinliyə düçar olsa, bu Əfqanıstana qədər olan bütün bölgəyə təsir göstərər. Bağdad rəhbərliyindən heç bir fayda görməyən biz türkmənlərin yeganə ümidi Türkiyənin güclənməsidir”.

Sələf Xəbər: Təəssüf ki, bu gün müxtəlif növ nümayişlər, inqilablar, xaos və… haram edilmiş insan qanının tökülməsinə həsrət çəkən bir çox emosional insanlar var. Uca Allah bu vəziyyəti geniş əhatəli mənası olan ayədə belə təsvir edir: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə).

Orta əsrin böyük İslam alimi şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyirdi: “Sünnəardıcıllarının əksəriyyəti rəhbərlərə qarşı, hətta əgər onlar ədalətsizlik edirsə belə, üsyan etməyi vəonlarla silahlı mübarizə aparmağı halal hesab etmirlər, səhih hədislər də bunu göstərir. Məsələondadır ki, döyüşlərin gətirib çıxaracağı fəsad vəfitnənin yayılması döyüşsüz və fitnəsiz rəhbərlərinədalətsizliyindən daha çox ziyan gətirəcəkdir. Demək olar ki, tarixə məlum olan hakimiyyət sahibinə qarşı bütün üsyanlar onlardan əvvəlki vəziyyətdən daha böyük şər ilə qayıdırdı”. (Bax “Minhəc əs-Sünnə ən-nəbəviya”, 3/390)

Digər xəbərlər