Jirinovski: “Türkiyə bombalanmalı və işğal edilməlidir”
680 dəfə baxılıb
Rusiyanın sərsəm iddiaları ilə gündəmə gələn siyasətçisi Vladimir Jirinovski hökuməti Türkiyəni işğal etməyə çağırıb.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Jirinovski Türkiyənin işğal edilməsində Rusiyaya kömək edəcək qüvvələrin adlarını da açıqlayıb.
“Türkiyə tez bir zamanda bombalanmalı və işğal edilməlidir. Erməni və kürd qruplar şərqdən, bolqarlar və yunanlar isə qərbdən bizə kömək edəcək. Heç bir şeydən qorxmamalıyıq, Türkiyəni yox etməliyik”, – deyə Jirinovski növbəti dəfə “kloun”luq edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm qeyri-müsəlmanları və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)