Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Kadırov: “Qərb İslama nifrət yaratmaq üçün İŞİD-i dəstəkləyir”

İyul 08
15:08 2015

“Bu şeytanlarla onları maliyyələşdirən xüsusi Qərb institutları işləyir”.

Çeçenistan Prezidenti Ramzan Kadırov hesab edir ki, Qərb insanlarda İslama qarşı nifrət yaratmaq üçün “İslam dövləti” – İŞİD xəvaric terror qruplaşmasını dəstəkləyir.

“Sələf Xəbər” “A24.az”-a istinadən bildirir ki, regional lider bu barədə respublikanın güc orqanlarının başçıları, rayon rəhbərləri və ruhanilərin Qroznıda keçirilən görüşü zamanı deyib.

“Bu şeytanlarla onları maliyyələşdirən xüsusi Qərb institutları işləyir. Bunlar da ona görə edilir ki, qəddar və özbaşına din kimi təqdim olunsun”, – deyərək Çeçenistanın başçısı bildirib.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD xəvaric terror qruplaşmasıdır. Onları İŞİD xəvaric terror qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların -İŞİD xəvaric terror qruplaşmasının – İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər