Kaliforniyada Halal-festival keçiriləcək
901 dəfə baxılıb
“SələXəbər” İslam-today-a istinadən xəbər verir ki, gələn həftə ABŞ-ın Kaliforniya ştatında halal qidalar festivalı keçiriləcək. Tədbirdə artıq iki ildir onlarla dünya mətbəxinin xörəklərini bir süfrədə sərgilənir.
Ştatın Nyuark şəhərində baş tutacaq festivalda ABŞ-ın hər yerindən minlərlə müsəlman iştirak edəcək.
Bir qrup amerikalı müsəlmanlardan ibarət festival təşkilatçılarını “əla yeməklərə məhəbbət” birləşdirir.
“Yəqin ki, Kaliforniyada 50-dən çox mətbəxin halal xörəklərinin təqdim edildiyi ən böyük Halal qida festivalını qaçırmaq istəməzsiniz”, – təşkilatçılar Facebook-da yazaraq insanları tədbirə dəvət edib.
Bu ilki Halal-festivalda daha çox halal qida tədarükçüsünün iştirakı və qonaqlar üçün daha çox əyləncə olacağı gözlənilir.
“Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin.”(Müqəddəs Quran, “Nəhl” surəsi, 114-cü ayə)