Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Kaliforniyada plastik paketlərə qadağa qoyuldu

Oktyabr 02
15:38 2014

“Sələf Xəbər” internethaber.com saytına istinadən bildirir ki, Kaliforniyanın Demokratlar Partiyasını təmsil edən qubernatoru Cerri Braun ABŞ-da ilk dəfə bir ştatda plastik paket istifadəsini qadağan edən qanun imzalayıb.

Qanuna uyğun olaraq gələn yay mövsümündən etibarən bütün marketlərdə, kiçik mağaza və apteklərdə isə 2016-cı ildən etibarən satılan malların müştərilərə plastik paketlərdə verilməsi qadağan ediləcək. ABŞ-ın Los Anceles və San Fransisko kimi əyalətlərinin bəzi şəhərlərində mövcud olan qanun bu ştatda həyata keçirildikdən sonra, marketlərdə müştərilərə dayanıqlı alış-veriş çantaları 10 sentə satılacaq.

Qubernator Braun qanunu imzaladıqdan sonra verdiyi açıqlamada, “Sahilləri, parkları və okeanı çirkləndirən plastik paketləri qadağan edən ilk əyalət bizik, lakin son əyalət də biz olmayacağıq” ifadəsini işlədib.

Qanuna etiraz edən Plastik paket istehsalçıları beynəlxalq koalisiyası qanunun ləğv edilməsi üçün referendum keçirilməsini tələb edəcəklərini bildirib.

 Sələf Xəbər: Plastik paketlərin istifadəsinin ətraf mühitə vurduğu ziyan artıq məlumdur. Bunu anlamaqda olan dünya ölkələri tədricən bu növ paketlərin istifadəsindən imtina etmək niyyətindədir.

Şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Dinimiz nəyinki ətraf mühiti qorumağı buyur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir.

Hava, su və torpağın çirklənməsi, səhralaşma proseslərini gücləndirən amillərin hamısı bəşəriyyətdə qida qıtlığına, müxtəlif bilinən və bilinməyən xəstəliklərin yaranması və yayılmasına, heyvanların və bitkilərin bəzi növlərinin kökünün kəsilməsinə, iqlim dəyişikliklərinə gətirib çıxarır.

Biz, insanların verilən bu nemətin qədrini bilməyimiz vacibdir. Nemətdən düzgün istifadə etməmək onun azalmasına və ya tamamilə məhv olmasına gətirib çıxarır. Məsələ bununla da bitmir. Rəbbin nemətinə nankor olanlar Onun qəzəbinə düçar olar. Uca Allah buyurur: “Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 211-ci ayə).

Digər xəbərlər