Kamerun höküməti ölkədəki bütün məscid və mədrəsələri bağlayıb
897 dəfə baxılıb
Kamerun höküməti terror hücumlarının artması səbəbiylə ölkənin şimal bölgəsindəki İslam mərkəzləri, məscid və məktəblərin bağlanılmasına göstəriş verib.
Kamerunun şimal hissəsindəki bütün məscid və mədrəsələr bağlandıqdan sonra isə son terror aktlarının uşaqlar tərəfindən törədildiyi səbəb gətirilərək küçələrdən dilənçilik edən azyaşlı uşaqların da yığışdırılması əmr edilib.
“Sələf Xəbər”in İslamnews.ru-ya istinadən məlumatına görə, hələ keçən həftə ərzində Kamerunda 31 insanın həyatına son qoymuş 2 terror hadisəsi törədilib.
İki nəfər yeniyetmə qız tərəfindən icra edilən terror aktının Nigeriyanın “Boko Haram” qrupu tərəfindən təşkil olunduğu düşünülür.
“Onlar problemlərinin həlli yolunu tapmalıdırlar. Niyə qubernator bu işlə əlaqəsi olmayan insanları təqib edir? “ – Bu sözləri Maroua şəhərinin mərkəzi məscidinə gələn 70 yaşlı Aladji Haman məscidlərin bağlanmasına etiraz olaraq söyləyib.
Hadisəylə əlaqədar olaraq, Kamerun Müdafiə naziri Edgard Alain hər hansı bir şübhəli və təhlükəli vəziyyət hiss edildiyi zaman əhalini hərbiçilərə məlumat verərək onları yardım etməyə çağırıb.
Sələf Xəbər: Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi”. (“Cümə xütbələrinin toplusu”)