Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Kanada 5 min suriyalı qaçqını qəbul etmək niyyətindədir

Sentyabr 05
14:42 2015

Kanadanın Ontario əyalətinin hökuməti Suriyadan 5 min qaçqını qəbul etməyə hazırdır.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə əyalətin səhiyyə naziri Erik Hoskins bildirib.

“Biz maliyyə və insan resurslarımızı toplayaraq qaçqınları qəbul etməliyik”, – deyə E.Hoskins bildirib.

Onun sözlərinə görə, vaxt məhdudiyyəti ilə əlaqədar Kanada BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İdarəsinin razılığına gözləməyəcək.

Sələf Xəbər: Ötən gün dənizdə batmış və cəsədi dəniz sahilində aşkar edilərək fotoşəkili türkiyəli fotoqraf tərəfindən çəkilib bütün dünya mediasında həyəcan təbilinin çalınmasına səbəb olan 3 yaşlı suriyalı körpə və ailəsinin acınacaqlı sonluğundan bəhs edən hadisə deyəsən qərb dövlətlərinin oyanmaq istəməyən vicdanını oyatmış, nəticədə bir insanlıq borcu olaraq suriyalı qaçqınlara sığınacaq verməyə başlamışlar.
Uca Allah buyurur: “Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 215-ci ayə)

Digər xəbərlər