Kanada 90 vətəndaşının İŞİD-lə əlaqəsini ifşa edib
881 dəfə baxılıb
“Sələf Xəbər” İTARTASS-a istinadən bildirir ki, Kanadanın hüquq-mühafizə orqanları “İslam Dövləti” terror xəvaric qruplaşması ilə əlaqəli olan 90 vətəndaşı barəsində araşdırma aparır.
Bu barədə ölkənin Milli Polis komissarı Bob Poulson parlamentin iclasında bildirib.
“Həmin vətəndaşlarla bağlı işlər sürətli templə davam etdirilir. Kanadalıların təhlükəsizliyinə təhdid olacaq heç bir hal yoxdur”, o deyib.
Poulson izah edib ki, söhbət hazırda İraq və Suriyada İŞİD terror xəvaric qruplaşmasının sıralarında olan və Yaxın Şərqdən artıq vətənlərinə dönmüş vətəndaşlardan gedir.
“Bu insanlar Kanada üçün təhlükədir. Onlar ölkə qanunlarını pozduqlarına görə layiq olduqları yerə – həbsxanaya göndəriləcəklər”, İctimai təhlükəsizlik və mülki müdafiə naziri Stiven Bleni bildirib.
Bundan öncə Kanada hökuməti 130-dan çox vətəndaşının İŞİD terror xəvaric qruplaşması ilə əlaqəli olduğunu bildirmişdi. Sentyabrın sonunda onlardan birinin Suriyada həlak olması barədə məlumat yayılmışdı.
Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir, və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
XX-ci əsrin böyük alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) soruşdular: “Rəhbərin icazəsi olmadan müsəlmanların cihada getməsi icazəlidirmi? Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?”
O belə cavab vermişdir: “Rəhbərin icazəsi olmadan cihada getmək olmaz. Çünki şəriətdə müəyyən olunub ki, bu məsələdə məhz rəhbər qərar qəbul edir. Rəhbərin icazəsi olmadan cihada çıxmaq, onun haqının tapdalanmasıdır və anarxiya, yalnız Allaha məlum olan şərli nəticələrə səbəb olur. “Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?” sualına gəldikdə isə, cavab belədir: Bəli, bəzən düşmən qəfil hücum etdikdə, müdafiə olunmaq və vuruşmaq müsəlmanlara vacib olar” (“Məcmu əl-Fətəva və ər-Rəsaail”).