Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Kanada İŞİD-ə ilk hava zərbələrini endirib

Noyabr 05
19:14 2014

“Sələf Xəbər” İTARTASS-a istinadən xəbər verir ki, Kanadanın Hərbi-Hava Qüvvələri (HHQ) “İslam Dövləti” (İŞİD) terror xəvaric qruplaşmasına qarşı ilk hava zərbələrini döyüşçülərin İraqın Əl-Fəllucə şəhərində yerləşən mövqelərinə endirib.

Bazar günü başa çatmış ilk bombardmanda iştirak edən iki F-18 qırıcı təyyarəsi 4 saat ərzində səmada olub.
Əl-Fəllucə İraqın paytaxtı Bağdaddan 70 kilometr qərbdə yerləşir. İŞİD terror xəvaric qruplaşmasının silahlıları bu şəhərdə bu ilin yanvarından mövqelərini möhkəmlədib.

Dünən Kanadanın Müdafiə Nazirliyinin nümayəndəsi general-leytenant Conatan Vens jurnalistlərə açıqlamasında bildirib ki, Kanada HHQ-nin havadan zərbələri ilə İŞİD terror xəvaric qruplaşmasının döyüşçülərinin İraqın Ənbar vilayətində yerləşdirilmiş tikinti texnikası və mühəndis qurğuları məhv edilib.

Onun sözlərinə görə, həmin texnikanın köməyi ilə terrorçular, İraqın, o cümlədən Bağdad şəhərinin milyonlarla sakinini su ilə təchiz edən Fərat çayında iri bəndin işini pozmağa çalışıb.

Kanadanın İŞİD-ə qarşı mübarizəsi
Kanada hökuməti İŞİD terror xəvaric qruplaşması ilə mübarizəyə altı ədəd F-18 qırıcı təyyarəsi, iki ədəd CP-140 Aurora kəşfiyyat təyyarəsi və bir ədəd Airbus СС-150 Polaris yanacaqla təmin edən təyyarəni yönəldib. Kanada kontingenti Küveytdə aviabazada yerləşdirilib. Hava missiyasına dəstək üçün 600 hərbiçi də burdadır.
Bundan öncə Kanadanın baş naziri Stiven Harper, Kanada aviasiyasının, terrorçuların yalnız İraq ərazisində olan mövqelərini bombalayacağını bildirib. O vurğulayıb ki, ölkənin hərbiçiləri ola biləcək yerüstü əməliyyatlarda iştirak etməyəcəkdir.

 Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?

Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.

Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir, 1-ci kaset, A tərəfi).

Digər xəbərlər