Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Kazanda ölənlərin sayı 17 nəfərə çatdı

Mart 14
17:22 2015

Xilasedicilər Kazanda yanmış ticarət mərkəzinin uçqunlarının altında 17-ci cəsədi aşkar ediblər.

“Sələf Xəbər”in Trend-ə istinadən xəbərinə görə, bu barədə RİA Novosti agentliyi məlumat verib.

Daha öncə 16 cəsəd tapıldığı haqda məlumat yayılmışdır. 50 nəfərdən də çox insan yanıq və zədələr alıblar. Uçqunların altında 20-dən çox insan qaldığı ehtimal edilir.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən isə daha öncə bildiriblər ki, yanğın zamanı iki azərbaycanlı ölüb, ikisi isə yaralanıb. Xəsarət alanlardan birinin kimliyi müəyyən olunub. O, Tağıyev Salam Bəxtiyar oğludur.

Ölən qadının isə Cəlilabad rayonundan olduğu müəyyənləşib.

Xatırladaq ki, yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə qısaqapanma nəticəsində baş verib.

Binada olan 650 nəfər xilas edilib. Faktla bağlı cinayət işi qaldırılıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə)

“Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Fövqəluca Allah Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir.

Uca Allah buyurur: “Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!” (Qurani-Kərim, “Mülk” surəsi, 1,2-ci ayələr)

Digər xəbərlər