Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Kembricdə yeni məscid inşa olunur

Noyabr 04
17:16 2016

Böyük Britaniyanın Kembric şəhərində böyük bir məscidin inşaasına başlanılıb.
Selefxeber.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, məscidin tikintisinin 15 milyon funt sterlinqə başa gələcəyi güman edilir.

Yeni məscid layihəyə əsasən, qədim Kembric şəhərinin memarlıq görünüşünə xələl gətirməyəcək və şəhərin ümumi üslubuna oxşar bir tikili olacaq. Əbu Bəkr Cami adlanan yeni məscid binasında yeraltı dayanacaq, böyük ibadət zalı və halal restoran yerləşəcək. Məscidin həyətyanı sahəsində isə böyük bir park salınacaq.

Ekoloji texnologiyalar əsasında inşa edilən məscidin damında bağça salınacaq. Suyu təkrar emal edən sistem və təbii işıqlandırma texnologiyası sayəsində elektrik enerjisi sərfiyyatına qənaət olunacaq.

Məscidin tikintisini bu linkdən gecə və gündüz müşahidə etmək olar.

Digər xəbərlər