Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Keniya sərhədlərini qismən bağladı

Avqust 18
17:23 2014

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Keniya Ebola xəstəliyinə görə Qvineya, Liberiya və Syerra-Leone ölkələrindən olan turistlərə ölkəyə girişinə qadağa qoyub. Keniyalılara qeyd olunan ölkələrə getməsinə heç bir məhdudiyyət tətbiq edilməyib.

Kenya Airways, öz növbəsində, avqustun 19-dan Liberiya və Syerra-Leoneya uçuşların tam dayandırılacağını bəyan edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı bundan əvvəl Ebola virusunun yayılması təhlükəsi olduğundan iri nəqliyyat qovşağı olan Keniyanı yüksək riskli zonaya aid edib.

Hazırda Qərbi Afrikada Ebola xəstəliyindən 1145 nəfərin öldüyü qeydə alınıb.

 Sələf Xəbər: İbn Abbas rəvayət edir ki, Allahın Elçisi (Allahın ona salavatı və salamı olsun) demişdir: “Bir yerdə vəba olduğunu eşitdiyiniz zaman o yerə, xəstəliyin yanına getməyin. Olduğunuz yerdə vəba aşkar edildikdə də vəbadan qaçaraq o yerdən çıxmayın”. (Əl-Buxari).

Digər xəbərlər