Keniyada universitetdə 147 nəfər öldü
Aprel 03
17:07
2015
732 dəfə baxılıb
Keniyada universitetə edilən hücum zamanı ölənlərin sayı 147-yə çatıb.
“Sələf Xəbər” Modern.az-a istinadən xəbər verir ki, itkilər paytaxt Nayrobidə girovların azad edilməsi ilə bağlı keçirilən xüsusi əməliyyat zamanı qeydə alınıb.
Bütrün terrorçular da məhv edilib.
Qərb informasiya agentlikləri hücumun “Əş-Şabab” qruplaşması tərəfindən həyata keçirildiyini bildirib.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)