Kerri: “Suriya bölünməz olmalıdır”
Mart 25
16:43
2016
664 dəfə baxılıb
Nizamlanma prosesi nəticəsində Suriyanın vahid və bölünməz qalmasının vacibliyi məsələsində Moskva və Vaşinqtonun mövqeyi eynidir.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.
“Biz burada hamımız anlayırıq ki, müharibəyə son qoyulmalıdır. Biz bu prosesdə məqsədləri də anlayırıq – İŞİD-in, “Ən-Nusra”nın və digər terrorçu qruplaşmaların məhv edilməsi və biz hamımız Suriyanın azlıqların hüquqlarının qorunacağı vahid, bölünməz və dünyəvi dövlət olaraq qalmasının tərəfdarıyıq”, – deyə Kerri Moskvada danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!