KİV: Putin Türkiyə sərhədinə ordu yığır
1. 042 dəfə baxılıb
Rusiya prezidenti Ermənistan-Türkiyə sərhədinə 7 minlik seçmə ordu göndərir.
Rusiya minlərlə hərbçi və texnikasını Ermənistanla Türkiyə sərhədinə yığır.
“Sələf Xəbər” ANS PRESS-ə istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliyinin məruzəsinə əsasən bir sıra Rusiya Kütləvi İnformasiya Vasitələri məlumat yayıb.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin noyabrın 29-da Şimali Qafqaz hərbi dairəsində dislokasiya olunmuş 58-ci ordunun Türkiyə-Ermənistan sərhədində cəmləşdirilmək barədə əmr verib.
Sərhədə yerləşdirilən hərbi texnika arasında zenit-raket sistemləri, reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə komplekslər, motoatıcı və artilleriya qoşunları var. Toplam olaraq iki dövlətin sərhədinə Rusiyanın, təxminən 7000 əsgəri cəmlənib. Beləliklə, Rusiya Ankaradan gələn təhlükələrin qarşını Ermənistanın vasitəsiylə almağa çalışacaq.
Məlumdur ki, Ermənistanla Türkiyə sərhədləri 20 ildən artıqdır ki, bağlıdır. Ölkələr arasında siyasi vəziyyət də gərgin olaraq qalır. Son vaxtlar Ermənistanın ən yaxın müttəfiqi Rusiya ilə Türkiyə arasında gərginlik yaşanır.
Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri son günlər daha da soyuyur. Bundan əvvəl, Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya Xarici işlər naziri Sergey Lavrov sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır: “Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”.
Rusiya Prezidenti Vladimir Putin, həmçinin noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Bununla da Türk şirkətlərinə Rusiyada işləmək qadağan olunub. Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır.
Vladimir Putin “Rusiya Federasiyasının milli təhlükəsizliyinin təminatı, Rusiya Federasiyası vətəndaşlarının cinayətkarlardan və başqa qeyri-qanuni hərəkətlərdən müdafiəsi üzrə və Türkiyə Respublikası barəsində xüsusi iqtisadi ölçülərin tətbiqi haqqında” fərman imzalayıb”, – deyə Kremlin rəsmi saytı xəbər verir.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)