Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Koalisiya İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə hava zərbələri endirib

Dekabr 25
18:41 2014

Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr sutka ərzində İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə 17 hava zərbəsi endirib.

“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.

Məlumata görə, koalisiya Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına Türkiyə ilə sərhəddə yerləşən Kobanidə 8 zərbə endirib. Həmçinin, Deyr-əz-Zorda neft çıxartma obyekti, Rakka şəhərində isə silah anbarı məhv edilib. İraqda koalisiya qüvvələri İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə 7 hava zərbəsi endirib.

Xatırladaq ki, ABŞ-ın hərbi aviasiyası avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə hava zərbələri endirir. İraqdakı əməliyyatlarda Avstraliya, Belçika, Böyük Britaniya, Danimarka, Kanada, Niderland və Fransanın, Suriyada isə Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hərbi təyyarələri iştirak edir.

 Sələf Xəbər: Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta, onları öldürməyi əmr edir! 9-cu əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.

Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün.”

Digər xəbərlər