Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Koalisiya qüvvələri Suriya və İraqda quru əməliyyatlarına başlayacaq

Yanvar 23
18:11 2016

“Koalisiya qüvvələri İŞİD terror xəvaric qruplaşması ilə daha effektli mübarizə aparmaq üçün Suriya və İraqda quru qüvvələrindən istifadə etməyə qərar verib”.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib. O bildirib ki, İraq və Suriyada İŞİD terror xəvaric qruplaşması ilə mübarizə strategiyası çərçivəsində yerüstü əməliyyatlar da keçiriləcək: “Biz daha çox işlər görmək istəyirik, çünki biz İŞİD terror xəvaric qruplaşmasına qalib gəlməliyik. Mən əminəm ki, buna nail olacağıq, lakin mən prosesi sürətləndirmək istəyirəm”.

K. Eşton İŞİD terror xəvaric qruplaşmasını İraqın Mosul və Suriyanın Rakka şəhərlərindən çıxarmaq istədiklərini söyləyib.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər