Koalisiya qüvvələrinin əməliyyatları 3 il davam edə bilər
750 dəfə baxılıb
Koalisiya qüvvələrinin İŞİD terror xəvaric qruplaşmasına qarşı apardığı əməliyyatlar hələ 3 il davam edə bilər.
“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizədə iştirak edən hərbi qüvvələrin baş komandanı Ceyms Terri deyib.
O, Pentaqonda jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İŞİD-ə qarşı mübarizədə səbrli olmaq vacibdir.
Generalın sözlərinə görə, İŞİD-in mövqeləri artıq zəifləmək üzrədir.
Ceyms Terri qeyd edib ki, 1500 ABŞ hərbçisi yaxın vaxtlarda İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmək üşün İraqa gedəcək.
Qeyd edək ki, İŞİD terror xəvaric qruplaşması Suriya və İraqda terror törətməkdə davam edir.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! 9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.” (“əl-İrhab” 24).