Kobanidə vəziyyət naməlum olaraq qalır
924 dəfə baxılıb
“Sələf Xəbər” trthaber.com saytına istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi, “Kobanidə vəziyyət hələ də naməlum və dəyişkəndir. Hələ də şəhərin təslim ola biləcəyinə inanırıq” deyib.
Gündəlik mətbuat brifinqində Kirbiyə Kobanidə baş verən hadisələrlə əlaqəli suallar da yönləndirilib. İŞİD terror xəvaric qruplaşmasının şəhəri hələ də nəzarətdə saxladığını bildirən Kirbi, dünən və bu gün qruplaşmanın yaxınlığındakı hədəflərə hava hücumlarının davam etdirildiyini xatırladıb. Kirbi bildirib ki, ABŞ ordusu İŞİD terror xəvaric qruplaşmasının hədəflərini vurmağa davam edir. O həmçinin, İŞİD terror xəvaric qruplaşması ilə mübarizəyə davam edən kürd qüvvələrinə yardım etdiklərini bildirərək, şəhərdə mürəkkəb və münaqişəli bir ab-havanın hökm sürdüyünü qeyd edib: “Şəhərin böyük bir hissəsi kürd qüvvələrinin nəzarətindədir” deyən Kirbi, “Kobanidə vəziyyət hələ naməlum və dəyişkəndir. Hələ də şəhərin hələ təslim ola biləcəyinə inanırıq” ifadəsini işlədib.
ABŞ-ın havadan buraxdığı humanitar yardımların İŞİD terror xəvaric qruplaşmasının əlinə keçdiyi və videoların internetdə yayılması ilə bağlı suala Kirbi, ABŞ Mərkəz Qüvvələri Komandirliyinin (CENTCOM) və Pentaqonun videoları tədqiq etdiyini bildirib. Görüntülərin internetdə yeni yayımlandığını dilə gətirən Kirbi bildirib ki, “Analistlərin görüntülərin gerçəkliyini araşdırmaq üçün ən sürətli şəkildə çalışdıqlarını deyə bilərəm”.
Kürd qüvvələrinə yardımların havadan buraxılmasının çox effektiv bir yol olduğuna işarə edən Kirbi, ABŞ qüvvələrinə də yardımların bu şəkildə havadan göndərilməsinin çox uğurlu nəticə verdiyini vurğulayıb. Kirbi daha əvvəl Sincar dağlarında, Amerlidə humanitar yardımları uğurlu şəkildə lazımi məntəqələrə çatdırdıqlarını xatırladıb.
Kobanidə də havadan 28 paketin buraxıldığını və bunlardan bir ədədinin İŞİD terror xəvaric qruplaşmasının nəzarətində olan əraziyə düşdüyünü bildirib. Kirbi, CENTCOM-un dünən verdiyi açıqlamada, İŞİD terror xəvaric qruplaşmasının ərazisinə düşən paketin vurulduğunu bildirildiyini qeyd edib.
Kirbi həmçinin bu ilin avqust ayının 8-dən etibarən İraq və Suriyada İŞİD terror xəvaric qruplaşmasının hədəflərinə yönəlmiş əməliyyatların təqribən 424 milyon dollara başa gəldiyini bildirib.
Kirbi qeyd edib ki, əməliyyatlara xərclənən maliyyə vəsaitlərinin gündəlik 7,6 milyon dollar təşkil etdiyi təxmin edilir. O, 8 avqustdan – kinetik əməliyyatların başlandığı gündən etibarən bu günə qədər isə bu məbləğin təxminən 424 milyon dollar təşkil etdiyini bildirib.
Kirbi, İraq və Suriyada həyata keçirilən əməliyyatlarda əldə edilmiş uğurların zəif olduğunu və bir dönüş nöqtəsinə nə vaxt çatacaqlarını təxmin etməyin çətin olduğunu dilə gətirib.
Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir, və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını
almaqdır.Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır, və bunu heç cür cihad adlandırmaq olmaz. Nüfuzlu alim Əbdül Muhsin əl-Abbadda (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”