Koreyadan açıqlama: Türkiyəni atom silahı ilə vuracağıq
1. 803 dəfə baxılıb
Kim Çeni In xəbərdarlıq edib ki, atom silahını tətbiq edəcək.
“Türkiyə əgər yenə Suriyanı bombalamağa çalışsa, Şimali Koreya tərəfindən məhv ediləcək”.
“Sələf Xəbər” ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə Şimali Koreya rəsmən açıqlama yayıb.
Dünyanın ən qapalı rejimlərindən birinə rəhbərlik edən Kim Çen In Türkiyəni atom silahı ilə dağıdacağını bəyan edib. Beynəlxalq analitiklər Rusiyanın Suriyada hərbi əməliyyatlar keçirməsinə, həmçinin Çin və İran kimi müttəfiqlərə malik olmasına narahatlıq keçirirlər. İndi də Şimali Koreya Suriyada kömək üçün Rusiyaya, Çinə və İrana yardım göstərməyə hazır olduğunu bildirib. Kim Çeni In xəbərdarlıq edib ki, atom silahını tətbiq edəcək.
Bir müddət əvvəl Koreya Xalq Demokratik Respublikası ilə Cənubi Koreya arasında münaqişə yaşanmışdı. Avqustun 20-də qarşılıqlı silahlı atışmadan sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi. Koreya lideri Kim Çen In, hətta cənub qonşusunu total müharibə ilə hədələmişdi. Dünya ictimaiyyəti yeni gərginləşməni narahatlıqla izləyirdi. İki ölkə arasında müharibə zamanı Kim Çen In atom silahından istifadə edə bilərdi. Çünki o, dəfələrlə bu cür hədələrdən istifadə etmişdi.
Ümumiyyətlə, Şimali KXR total şəkildə qapalı ölkədir və təsdiqlənməsi çox çətin olan mütamadi olaraq oradan qəribə və ya şokedici xəbərlər yayılır. Məsələn, bir müddət əvvəl dünya KİV Kim Çen Inın öz dayısını itlərə yedirtdiyini yazmışdı.
Rusiya Suriyadakı əməliyyatları üçün il ərzində 1 milyard avro xərcləyəcəyini bildirib. “Kommersant” qəzetinin yazdığına görə, Moskva Rusiya Suriyadakı əməliyyatlar zamanı əsas xərcləri aviasiya üçün silahlara, yanacaq xərclərinə, eləcə də texnikanın aktiv istifadə edilməsi üçün işlək vəziyyətdə saxlanılmasına ayıracaq. Moskva Bəşər Əsəd ordusuna havadan iki ay yarım dəstək verməyi düşünür. Bundan sonrakı addımlar isə vəziyyətin hansı tərzdə inkişafına görə dəyərləndiriləcək.
Türkiyə ilə Rusiyanın Suriya maraqları üst-üstə düşmür. Rusiya Bəşər Əsəd hakimiyyətini dəstəklədiyi halda, Türkiyə onun hakimiyyətdən getməsinə çalışır. Rusiya Hərbi Hava Qüvvələri hər gün Suriyada 20 uçuş həyata keçirir. Rusiya İŞİD terror xəvaric qruplaşmasını bombardman etmək üçün KAB-500 (1976-ci ildə SSRİ-də istifadəyə verilib) və X-29L raketlərindən istifadə edir.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımıza Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)