Kosmosa uçub Namaz qıldı… VİDEO
1. 299 dəfə baxılıb
“Sələf Xəbər” xabernews-ə istinadən Kosmosda azan səsi duyduğunu söyləyən və orada namaz qılan kosmonavt Shukor siyasətçilərin həyata dünyagörüşlərinin dəyişməsi üçün kosmosa göndərilməsini təklif etdiyini xəbər verir.
Kosmosda namaz qılan Malayziyalı kosmonavt Dr. Sheikh Muszaphar Shukor, kosmosa çıxmanın mənəvi mənada çox fərqli olduğunu ifadə edərək “Kosmosa təkrar getmək üçün həyatımı, işimi, hər şeyimi verərəm. Yalnız gediş belə olsa yenə gedərəm “-dedi.
Üstün zəkalı uşaqlar və ailələri Malayziyanın ilk kosmonavt Dr. Sheikh Muszaphar Shukorun qürur qonağı olduğu simpoziuma qatıldı.
Bütün Üstün zəkalıların Dərnəyinin ( TÜZDER ) İstanbul Texniki Universiteti ilə birlikdə təşkil etdiyi “Üstün zəkalılarla Üstün Üfüqlərə” mövzulu simpoziuma Malayziyanın ilk kosmonavtı Dr. Sheikh Muszaphar Shukor qürur qonağı olaraq qatıldı. İTİ Ayazağa Kampüsünde reallaşdırılan simpoziumda, kosmonavt Muszaphar Shukor kosmosun kəşfindən bəhs edərkən üstün zəkalı uşaqların ailələri ilə ünsiyyəti, məktəbəqədər dövrdə üstün zəkalı uşaqların tanınması mövzusunda yaşanan çatışmazlıqlar və edilməsi lazım olan mövzular danışıldı.
Mətbuat konfransında danışan kosmonavt Sheikh Muszaphar Shukor , özünün üstün zəkalı olub-olmadığı istiqamətindəki suallara “Mən üstün zəkalı bir uşaq deyildim, amma xatırladığım qədəriylə 10 yaşında səmaya baxardım. Səmaya, kosmos filmlərinə çox baxmağı xoşlayırdım. Hər zaman Türk şagirdlərinin də belə bir ehtirasa sahib olduğunu düşünürəm”-deyə danışdı.
Kosmosa çıxdıqdan sonra dünyaya və həyata qarşı dünyagörüşlərinin dəyişdiyini söyləyən Shukor , ” Artıq hər şeyi problem halına gətirmirəm. Aclıqdan ölən uşaqlarla, böyük problemlərlə üz-üzəyik. Buna görə, siyasətçilərin hamısının kosmosa göndərilməsinin lazım olduğunu düşünürəm”-söylədi.
Kosmosda 5 vaxt namaz qıldım
Kosmosda azan səsini duyduğunu və 5 vaxt namazını da qıldığını söyləyən Shukor, “Azan səsini eşidəndə çox təəccübləndim. Ətrafımdakılar çox çaşdılar . Bəlkə bilmədikləri üçün eşitməmiş ola bilərlər. Amma dediyim kimi, Allahın böyüklüyünü orada hiss etdim təkrar getmək istəyirəm. Bunun üçün əlimdən gələn səyi göstərəcəyəm. Kosmos macərasını sonra bəzi yoldaşlarımızla bölüşdük”. Və kosmosda necə namaz qılınar ifadələrini də işlətdi.
Yığıncağın ardından kosmonavt Sheikh Muszaphar Shukor , üstün zəkalı uşaqların robot tətbiqlərini , astronomiya , elm kimi fərqli layihələrini araşdırdı. Müəllimiylə birlikdə Shukora proyektini izah edən 14 yaşındakı Bünyemin Tuğrul Kocabaş böyük qardaşı xəstəxanadaykən anasının ətrafa toxunmaması lazım olduğu üçün araşdırmalar etdiyini, araşdırmaları nəticəsində bakteriya və su tutmayan kağız dəsmal icad etdiklərini dilə gətirdi. Layihənin irəlidə xəstəxana divarı və avtomobil kreslolarında istifadə edən 8-ci sinif şagirdi Kocabaş, layihənin Yıldız Texniki Universiteti alimləri birlikdə həyata keçirildiyini dilə gətirdi.
Hər şeyimi verərəm
Ortopedik cərrah olduğunu və həftədə bir neçə dəfə əməliyyat etdiyini izah edən Shukor, astronomiya üzrə işlərinin da davam etdiyini söylədi.
Shukor “Kosmosa çıxmaq mənəvi mənada çox fərqli idi. Orada Allahın sənətini gördüyünüz zaman bədəniniz birdən dəyişməyə başlayır . Kosmosa təkrar getmək üçün həyatımı , işimi , hər şeyimi verərəm. Yalnız gediş belə olsa yenə gedərəm”-deyə söylədi.
“Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?”
Qurani Kərim “ər-Rahmən” surəsi, 33-34-cü ayələr