Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Kral və Putin telefonla danışıb

Sentyabr 17
14:00 2015

Sentyabrın 16-da Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının Kralı Salman ibn Əbdüləziz Əl Səud arasında telefon danışığı olub.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, söhbət Səudiyyə Ərəbistanı tərəfinin təşəbbüsü ilə baş tutub.

“Tərəflər Fələstin-İsrail münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Söhbət zamanı Əl-Əqsa məscidi ərazisində fələstinlilər və İsrail təhlükəsizlik qüvvələri arasında baş vermiş kütləvi iğtişaşlara toxunulub”, – deyə Kremlin mətbuat xidməti bildirib.

Həmçinin tərəflər iki ölkə arasında əməkdaşlığın inkişafında qarşılıqlı səy göstərəcəklərini vurğulayıblar.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər