Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Küveyt məclisinin sədri İsrail heyətini iclasdan qovdu

Oktyabr 19
15:17 2017

Küveyt məclisinin sədri Marzoq əl-Ganim beynəlxalq parlamentlər ittifaqının iclasında İsrail heyətindən salonu tərk etməyi tələb edib.

Küveytli diplomat İsrail heyətini uşaq qatilləri adlandırıb.

Selefxeber.az-ın “Ölkə.az”a istinadən xəbərinə görə, hadisə Rusiyanın Peterburq şəhərində baş verib. Beynəlxalq parlamentlər ittifaqının iclasında çıxış edən Marzoq İsrail heyətinə “işğalçı və uşaq qatili”-deyə xitab edib.

İsrail nümayəndələrini iclası tərk etməyə çağıran küveytli diplomat İsrail heyətinin ən təhlükəli terror növlərini təmsil etdiyini bildirib: “Əgər bir az heysiyyətiniz varsa, indi bu məclisi tərk et ey işğalçı və uşaq qatili”.

Ganimin çıxışından sonra salonda qopan alqış səsləri İsrail heyətinin salonu tərk etməsi ilə müşayiət olunub.

Digər xəbərlər