Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Latviya müsəlman ölkəsi olacaq

Oktyabr 15
12:37 2015

İslam Mədəniyyəti Mərkəzinin mətbuat katibi Robert Klimoviç 50 il sonra Latviyanın müsəlman ölkəsi olacağına əmindir.

Onun sözlərinə görə, müsəlmanların Latviyanı “fəth” etməsində hər cür zorakılıq istisnadır. Çünki hər şey sülh yolu ilə demoqrafik proseslər yolu ilə baş verir. İslam icmasının nümayəndəsi onu da bildirib ki, Avropa bilərəkdən öz ölkəsinə qaçqın axını yaradır, çünki Avropaya “işləməyi bacaran insanlar” lazımdır.

“Latviyada biznesmenlər müsəlmanları məmnuniyyətlə işə götürürlər. Çünki onlar içki içmir, siqaret çəkmir və çalışqandırlar”.- mətbuat katibi qeyd edir.

İslam Mədəniyyət Mərkəzinin direktoru Yanis Lutsinş də eyni fikirdədir.

Xatırladaq ki, Latviya öz azadlığını əldə etdiyi zamanlarda çox sayda yerli əhalisini itirdi. Nəticədə, bu ilin əvvəlində ölkə əhalisinin sayı 2 milyondan çox təşkil etmirdi.

Müxtəlif mənbələrdən əldə olunan məlumatlara əsasən, Latviyada 500 dən 12000 -ə qədər müsəlman yaşayır. 2007-ci ildə ölkədə 15 müsəlman icması fəaliyyət göstərirdi.

Mənbə “НовоРоссия” informasiya agentliyi

Sələf Xəbər: Uca Allah buyurur: “İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik.” (Müqəddəs Quran, “Ənkəbut” surəsi, 46-cı ayə)

“Uca Allah, müsahibi Kitab əhlindən olan cahil insanla mübahisəyə girməyi və müzakirənin yaramazlıqla aparılmasını qadağan etmişdir. Rəbb əmr edir ki, haqqı ən ləyaqətli tərzdə sübuta yetirmək lazımdır və bu zaman həmsöhbətə yüksək əxlaqi məziyyətlər nümunəsi və xeyirxah münasibət göstərilməlidir. Vaiz haqqı ən yüksək səviyyədə göstərməklə, yalanı ən təsirli üslubda ifşa etməlidir. O, özünü üstün tutmaq xatirinə müqabil tərəfi təkzib etməyə can atmamalıdır. Əksinə, o, bütün imkanlardan istifadə edərək, haqqı insanlara çatdırmalı və onları doğru yola çıxartmalıdır.

Digər xəbərlər