Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Lavrov və Çavuşoğlu görüşdü – YENİLƏNİB

İyul 01
18:23 2016

Soçidə Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb.

“RİA Novosti”nin məlumatına görə, görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının XİN rəhbərləri Şurasının iclası çərçivəsində keçirilir.

Selefxeber.az oxu.az-a istinadən xəbər verir ki, Sergey Lavrovla Mövlud Çavuşoğlunun görüşünə 40 dəqiqə vaxt ayrılıb.

Çıxışdan öncə nazirlər əl sıxıblar daha sonra Lavrov çıxışında bildirib ki, hazırda müzakirəsi tələb olunan məsələlərə diqqət yetirmək üçün yaxşı imkan mövcuddur.

Rusiya XİN rəhbəri Sergey Lavrov əlaqələrin iki ölkə arasında münasibətlərin normallaşmasına təkan verəcəyinə ümid etdiyini bildirib.

Bu barədə o, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə bəyan edib.

“Ümidvarıq ki, Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan aldığı ismarışdan sonra, münasibətlərimizin normallaşması istiqamətində addımlara təkan veriləcəyinə ümid edirik”, – deyə Lavrov görüşdə bildirib.

Onun sözlərinə görə, hazırda müzakirəsi tələb olunan məsələlərə diqqət yetirmək üçün yaxşı imkan mövcuddur.

Öz tərəfindən Türkiyə XİN rəhbəri Lavrova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasına dəvət üçün təşəkkür edib.

“Qeyd etdiyiniz kimi, bizim prezidentlər telefonla danışıblar. Bu, çox konstruktiv idi və onlar bizə danışıqlara istiqamət götürmək, münasibətləri normallaşdırmaq və lazımi səviyyəyə çatdırmaq barədə təlimat veriblər”, – türkiyəli nazir bildirib.

Çavuşoğlu əlavə edib ki, Lavrovla görüşmək imkanı olduğu üçün şaddır.

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər