Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Lavrovla Sarkisyan arasında görüş çox gərgin keçib”

Aprel 23
16:04 2016

“Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Ermənistan Prezidenti Serj Sarkisyan arasında ötən günki görüş çox gərgin keçib”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə “İzvestiya” qəzeti Rusiyanın İrəvandakı səfirliyindəki mənbəyə istinadən yazıb.

Bildirilir ki, Dağlıq Qarabağ mövzusu bütün Ermənistan əhalisi üçün ağrılı mövzu olduğuna görə görüş belə məcrada keçib: “Rusiyanın İrəvandakı nümayəndəliyi bu ölkədə artıq işləyə bilmir. Rusiyanın həm Azərbaycana, həm də Ermənistana silah satdığını bilən sadə ermənilər Rusiyaya ehtiyatla yanaşmağa başlayıblar. Onlar 4 günlük müharibədə əzizlərini, yaxınlarını itiriblər. Həmçinin Moskva Rusiya mövqeyini təbliğ edəcək erməni QHT-lərini artıq maliyyələşdirmir. ABŞ-ın erməni müxalifətini maliyyələşdirməklə adi vətəndaşları Rusiyaya qarşı necə çevirdiyi hamıya məlumdur”.

Qəzet onu da yazır ki, İrəvan sakinləri arasında apardığı sorğu nəticəsində Rusiyaya qarşı narazılığın baş qaldırdığı müşahidə olunur. Sorğuda iştirak edənlərin əksəriyyəti Ermənistanda Rusiyanın iki hərbi bazası (Gümrüdəki 102-ci baza və İrəvanın Erebuni rayonundakı aviasiya bazası) olmasına baxmayaraq, aprelin 2-də Dağlıq Qarabağdakı döyüş toqquşmaları baş verərkən rusiyalı partnyorlarının onlara kömək etməməsindən narazılıq ifadə edib.

Sələf Xəbər: Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi qaytarmaqda bizə yardımçı olsun… Amin!

Digər xəbərlər