Layihə – Putin Türkiyəyə xüsusi təyinatlılar yeridməyə hazırlaşır
900 dəfə baxılıb
Rusiya Prezidenti Vladimir Putin Türkiyədə gizli əməliyyat keçirmək üçün xüsusi təyinatlı qüvvələr göndərməyə hazırlaşır.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) yaxınlığı ilə tanınan “Your news wire” saytının məlumatına görə, FSB Türkiyə və ABŞ ərazisində gizli hərbi əməliyyatlar keçirmək üçün Dumaya qanun layihəsi təqdim edib.
Putinin birbaşa təklifi ilə hazırlanan və uydurma böhtanları səbəb göstərən hesabatda xüsusi təyinatlı qüvvələrə Türkiyə torpaqlarında gizli əməliyyat keçirməsi üçün səlahiyyət verilməsi tələb olunur.
Duma FSB-nin layihəsini təsdiq edərsə, Ukraynada təlim keçmiş xüsusi qüvvələr Türkiyədə çaxnaşma yaratmaq üçün tədbirlər planı hazırlayacaq.
Hesabatda Türkiyənin İŞİD terror xəvaric qruplaşmasına aktiv dəstək verdiyi iddia edilib. Buna görə də Türkiyədə təşkil olunacaq əməliyyatlara “terrorizmlə mübarizə” donu geyindiriləcəyi istisna edilmir.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)