Liviya sahillərində ən irimiqyaslı gəmi qəzası – 700-dək miqrant batıb
736 dəfə baxılıb
Qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantların batması ilə nəticələnən ən irimiqyaslı gəmi qəzası baş verib.
Liviya sahillərində batan gəmidəki 700 nəfərdən 49-u xilas edilib, 24 nəfərin isə cəsədi çıxarılıb.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Anadolu Agentliyinə BMT-nin Yüksək Komissarlığının sözcüsü Federiko Fossi deyib.
Fossi xilasetmə əməliyyatının davam etdiyini bildirib.
İtaliya hökuməti hadisə ilə bağlı fövqəladə toplantı keçirib.
Qeyd edək ki, ötən gecə İtaliyanın Lampeduza adasından 200 km cənubda içərisində 700 nəfər qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrant olan gəmi batıb.
“Agence France-Presse” yazır ki, qalan şəxslərin öldüyü təsdiqlənsə, bu, qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantların batması ilə nəticələnən ən irimiqyaslı gəmi qəzası olacaq.
Onu da xatırladaq ki, bu həftə Aralıq dənizində daha iki gəmi qəzası olmuşdu. Qeyri-leqal miqrantları daşıyan hər iki gəmi Liviyadan İtaliya istiqamətində üzərkən baş verib. Aprelin 14-də baş verən qəzada 400, aprelin 16-da baş verən faciədə isə 41 miqrant ölmüşdür.
Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)
“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)