Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

London merinin Ramazan proqramı

İyun 06
17:30 2016

London meri Sadiq Xan İslam dini haqqında yersiz şübhə və yanlış düşüncələrin aradan qaldırılması üçün Ramazan ayının ən yaxşı vaxt olduğunu düşünür.

“The Guardian” nəşrində dərc olunan məqaləsində Sadiq Xan bildirib: “Mən cəmiyyət tərəfindən sırf müsəlman bir siyasətçi kimi qəbul edilmək istəmirəm. Mən nə müsəlmanların başçısı deyiləm, nə də onları rəsmi olaraq təmsil etmirəm. Mən istəmirəm ki, insanlar məni dini mənsubiyyətimə görə qiymətləndirsinlər. Hər bir insanın cəmiyyətdə öz sosial rolu var. Mən həm ata, həm də oğul olaraq, sadə bir London sakiniyəm. London Bələdiyyəsi isə mənim iş yerimdir, dini inanclarımın təbliğ edildiyi məkan deyil”.

Bununla belə, Sadiq Xan qeyd edir ki, müsəlman icmasına dəstək ola bilmək və İslam dini haqqında yaranmış əsassız düşüncələri aradan qaldırmaq üçün Ramazan ayı bir fürsətdir. Müqəddəs ayda hər bir müsəlman kimi oruc tutmağa niyyətli olan London meri Ramazan ayı ərzində müxtəlif yerlərdə iftar süfrələri təşkil ediləcəyini də vurğulayıb.

Mənbə: İslam-Today.

Sələf Xəbər: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim oruc tutana iftar verərsə ona oruc tutanın savabı qədər savab yazılar. Bundan əlavə bu səbəbdən oruc tutanın savabından heç bir şey azalmaz”. (ət-Tirmizi.)

Digər xəbərlər