Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Londonda 500 kilsə qapadılıb, 423 məscid və İslam mərkəzi açılıb

Aprel 10
16:36 2017

Londonda 2001-ci ildən bu yana 500 kilsə qapadılıb.

Selefxeber.az-ın “Axar.az”a istinadən məlumatına görə, bu barədə informasiyanı ABŞ-ın Geytstoun Analitik Mərkəzi yayıb. Mərkəz həmçinin son illər ərzində Londonda 423 məscidin və islam mərkəzinin açıldığını bildirib. Üstəlik, Britaniya paytaxtında 100 şəriət məhkəməsi fəaliyyət göstərir:

“Londonda məscidlər daha çox qapadılmış kilsələrin binasında yaradılır. İslamı qəbul edən britaniyalıların da sayı artır”.

Sələf Xəbər: Uca Allah buyurur: “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.” (Müqəddəs Quran, “Nəhl” surəsi, 125-ci ayə)

“Ey Məhəmməd! Əgər sən insanları, ya istər müsəlman, ya da kafir olsun, Rəbbinin düz yolu ilə getməyə çağırırsansa, onda faydalı biliklərə və saleh əməllərə istinad et. Sənin təbliğatın ibrətamiz olmalıdır, çünki sən hər bir şəxslə onun vəziyyətini, eşitdiyini qavramaq qabiliyyətini və haqqa sözü və əməli ilə tabe olmaq hazırlığını nəzərə alaraq söhbət etməlisən.
Təbliğatının müdrikanə olması üçün qəti biliklərə yiyələnməyin tələb olunur və sən cahillərə bənzəməməlisən. İslama dəvəti insanların başa düşə biləcəyi və mənimsəyəcəyi ən mühüm məsələlərdən başlamalısan. İnsanlar mehribanlıqla və xeyirxahlıqla yanaşmalısan ki, onlar haqqı asanlıqla qəbul edə bilsinlər.” (Bax “Təfsir Əs-Saadi”)

Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) demişdir: “Əlbəttə, yumşaqlıq (hansı) bir şeydə olsa, onu gözəlləşdirər. Və nədən getsə, onu alçaldar.” (Muslim).

Digər xəbərlər