Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Londonda İŞİD terror xəvaric qruplaşmasına qarşı beynəlxalq müşavirə keçiriləcək

Yanvar 22
16:43 2015

Bu gün Londonda İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizə üzrə beynəlxalq müşavirə keçiriləcək.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, koalisiyanın ilk ümumi görüşündə İraq və Suriyada fəaliyyət göstərən silahlılara qarşı mübarizənin yeni mərhələsi müzakirə ediləcək.

“İŞİD terror xəvaric qruplaşmasına qarşı qlobal koalisiyanın görüşü” adlanan tədbirin həmsədrləri qismində Böyük Britaniyanın Xarici İşlər naziri Filip Hammond və ABŞ-ın Dövlət katibi Con Kerri çıxış edəcəklər.

Müşavirədə Avstraliya, Bəhreyn, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, Misir, İordaniya, İraq, İspaniya, İtaliya, Kanada, Qətər, Küveyt, Niderland, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə və Fransanın nümayəndələri iştirak edəcək.

Tədbirdə, həmçinin, İraqın Baş naziri Heydər əl-Abadinin iştirakı da gözlənilir. Görüşün yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.

 Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120)

Digər xəbərlər