Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Londonda məscidin tikilməsinə qadağa qoyublar

Oktyabr 30
15:22 2015

Böyük Britaniya hakimiyyəti Londonda böyük bir məscidin tikilməsinə qadağa qoydu.

“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi xəbərə əsasən, məscidin tikilməsi şəhərin Nyuem adlı ərazisində, Londonun şərqində planlaşdırılırdı.

Qeyd olunur ki, məscidin Müqəddəs Pavel kafedral kilsəsindən böyük olması nəzərdə tutulurdu.

Layihəyə əsasən, “meqa-məscid”-in əsas hissəsi 9300, əlavə hissəsi isə daha 2 min nəfər üçün nəzərdə tutulmuşdur.

Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)

İbadət edənlərin komfortunu və rahatlığını maksimal dərəcədə nəzərə alaraq məscidlərin inşası ən xeyirxah əməllərdən biridir. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Kim Allah üçün bir məscid tiksə, Allah da onun üçün eynisini Cənnətdə tikər”. (Müslim)

Digər xəbərlər