Londonda terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb
Oktyabr 08
15:52
2014
977 dəfə baxılıb
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, London polisi terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfəri saxlayıb.
Polis hazırda saxlanılan şəxslərin qaldıqları mənzillərin və istifadə etdikləri nəqliyyat vasitələrinin müəyyən edilməsi ilə məşğuldur.
Saxlanılanların “İraq-Şam İslam Dövləti” terror xəvaric qruplaşması ilə əlaqəli olub-olmadıqları araşdırılır.
Böyük Britaniya hökuməti ölkədə terror təhlükəsinin Suriyaya “İŞİD” terror xəvaric qruplaşmasına qoşulmaq məqsədilə yollanan ölkə vətəndaşlarının sayının artması ilə bağlıdır.
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi, mərhum Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).