Londonda yanan bina sakinləri müsəlmanlar sayəsində xilas olublar
1. 410 dəfə baxılıb
Çərşənbə axşamı gecə saatlarından etibarən İngiltərənin paytaxtı Londonun qərbində yerləşən çoxmərtəbəli yaşayış binasında başlamış yanğın nəticəsində ölənlərin sayı 12, xəsarət alanların sayı isə 78 nəfərə çatıb.
Sakinlərin bildirdiyinə görə, 24 mərtəbəli “Grenfell Tower” çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı onları yuxudan oyadaraq köməyə ilk çatanlar binada yaşayan müsəlmanlar olub.
Belə ki, binanın alovlanması sühur vaxtı baş verdiyindən, oruc tutan müsəlmanlar oyaq olduqları üçün yanğından ilk xəbərdar olan da məhz onlar olub. Binada yaşayan müsəlman sakinlərin əksəriyyəti qonşuların qapısını döyərək yatan insanları oyatmağa çalışıblar.
Selefxeber.az-ın “ArabNews“-a istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, oruc tutmaq üçün sühur vaxtı oyaq olan müsəlman sakinləri sayəsində yüzlərlə insanın həyatı təhlükədən qurtarılıb.
Bundan başqa, Londonda yerləşən İslam mədəniyyət mərkəzləri və məscidlərin bir çoxu zərərçəkmiş və küçədə qalmış sakinlərə yardım məqsədilə onlara sığınacaq verib.